BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən “World Business Outlook Awards” müsabiqəsində yüksək qiymət alıb.
Bu barədə nazirliyin məlumatında qeyd edilib.
Bildirilib ki, “bu platforma müsabiqənin “Məşğulluq Xidmətlərində Ən Yaxşı Texnoloji İnnovasiya” kateqoriyası üzrə qalib seçilib. Müsabiqədə Dövlət Məşğulluq Agentliyi ilə yanaşı, ABŞ, Braziliya, Çin, Hindistan, Özbəkistan, Qırğızıstan, Yunanıstan və digərləri daxil olmaqla 50-dən çox ölkədən qurumlar iştirak edib”.
Məlumata görə, bu mükafat biznes, texnologiya, innovasiya, təhsil, nəqliyyat və digər sahələrdə mühüm töhfələr vermiş təşkilat və fərdlərin nailiyyətlərini təqdir etmək məqsədi daşıyır.
İlk şərhi yaza bilərsiniz