Press "Enter" to skip to content

Kadetlər arasında zona birinciliyinin final mərhələsi

Kadetlər arasında zona birinciliyinin final mərhələsi

BAYRAQDAR MEDİA – Aprelin 22-də boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Yarışda 50 komandanın 153 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi aprelin 26-da başa çatacaq. Döyüşlər bu gün, saat 15:00-da başlayacaq. Görüşlərdən öncə isə komandaların paradı keçiriləcək. Final mərhələsi çərçivəsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq”.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.