Press "Enter" to skip to content

Fındıqçılıqda yeni dövr başlayır

BAYRAQDAR MEDİA – Giresun Universitetinin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində müasir kənd təsərrüfatı texnikasına uyğun nümunəvi fındıq bağı yaradılacaq. Məqsəd məhsuldarlığı artırmaq, köhnə bağları yeniləməkdir.

Bu barədə takagazete.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “Giresun Universiteti Fındıq İxtisas Koordinasiya Ofisi fındıqçılıqda məhsuldarlığı artırmaq üçün diqqətəlayiq bir layihə həyata keçirib. Doğu Qara Dəniz Layihəsi Regional İnkişaf İdarəsi (DOKAP) və Bulancak Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə fındığın modernləşdirilməsi və davamlı istehsalı hədəflərini bir araya gətirir”.

Məlumata görə, “İqtisadi Ömrünü Tamamlayan Fındıq Bağlarında Yenilənmə və Bərpa İşləri” Layihəsi çərçivəsində Bulancak rayonunda müasir kənd təsərrüfatı standartlarına uyğun nümunəvi fındıq bağı yaradılacaq: “Bu bağda məhsuldarlığı artıran texnikaların tətbiqi və fermerlərə nümunə olacaq yeniliklərin sınaqdan keçirilməsi nəzərdə tutulur. Layihə fındıq istehsalında məhsuldarlığı müasir əkinçilik texnikası ilə artırmaq və iqtisadi ömrünü tamamlamış bağları yenidən istehsala qaytarmaq məqsədi daşıyır. Mütəxəssislər bu layihənin təkcə Giresun üçün deyil, həm də Qara dəniz bölgəsindəki digər fındıq istehsalçıları üçün rəhbər model olacağını gözləyirlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.