BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Group” şirkətinin prezidenti Vanq Bin ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir. Tərəflər “PowerChina Group” şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpaolunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar”.
İlk şərhi yaza bilərsiniz