Press "Enter" to skip to content

Bir olmasaq, diri ola bilmərik

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Macarıstan sammiti hər şeyi üz-üzə oturub müzakirə etmək üçün gözəl şansdır

BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan 3 ölkənin Kıbrıs məsələsi ilə bağlı sərgilədikləri mövqe arzuolunmaz bir “yol qəzası” idi. Biz bunu məhz bu cür dəyərləndirməliyik”.

Bunu BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Onun sözlərinə görə, zaman-zaman belə “yol qəza”ları ola ola bilər: “Biz öz gələcəyimizi, öz gələcək fəaliyyətlərimizi belə yol qəzalarına görə qurban belə bilmərik. Ona görə də TDT-nin Macarıstandakı qeyri-rəsmi sammitinə qədər bu məsələlərdə bir toparlanma olmalıdır. Koordinasiyalı addım atılmalı, xüsusilə Kıbrıs məsələsi ilə bağlı bir qərara gəlinməlidir”.

Dr. Yücel Karauz, həmçinin “mən qərar deyəndə heç də KKTC-nin rəsmən tanınmasından bəhs etmirəm. Bu qərar KKTC-nin ərazi bütövlüyünə dəstək şəklində ola bilər. Bu kontekstdə xatırladım ki, Qazaxıstanın parlament sədri aprelin 21-də Türkiyəyə səfər edib. Səfər zamanı TBMM-də görüşlər oldu və danışıqlar aparıldı. AK Partinın Genel başqan yardımcısı, Türk Dövlətləri ilə əlaqlərə başqanı Kürşat Zorlunun açıqlamasına əsaslanasaq görüşdə Kıbrısla bağlı son durum da müzakirə edilib” deyib.

Müsahibimiz qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının 17-ci Toplantısının Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilməsi qərarı da mühüm addımdır: “Bütün bunların fonunda Güney Kıbrısla diplomatik əlaqələr quran Orta Asiya respublikalarının rəhbərlərinin Macarıstan sammitinə qatılmayacaqları ehtimalını isə mən sıfıra bərabər hesab edirəm. Əksinə, düşünürəm ki, Macarıstan sammiti hər şeyi üz-üzə oturub müzakirə etmək üçün gözəl şansdır. Ümumiyyətlə, indi bizim küskünlüyə, bir-birindən yan gəzməyə deyil, daha da bir olmağa ehtiyacımız var. Çünki qlobal risk və təhdidlərin artdığı bir dönəmdə türk dünyası üçün, türk coğrafiyası üçün və onun mərkəzi qurumu olan Türk Dövlətləri Təşkilat üçün ayrılıq, küskünlük, qırğınlıq arzu olunan hal deyil. Əksinə, qlobal məkanda baş verənlərr bizdən bir olmağı, birlikdə olmağı tələb edir. Bir olmasaq, diri ola bilmərik. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz türk dünyasıdır və biz başqa yerdə ailə axtarmalı deyilik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.