BAYRAQDAR MEDİA – “Oyun uşağın ən ciddi işidir” anlayışı ilə təşkil edilən Sorgun Rayon Ağıl və Zəka Oyunları Turniri sıx iştirak və böyük həvəslə keçirilib.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Məlumata görə, şagirdlərin idraki inkişafına töhfə vermək, onların təfəkkür, istehsal və özünüifadə bacarıqlarını artırmaq məqsədilə təşkil olunan turnir həm rəqabətli həyəcanı, həm də tərbiyəvi cəhəti ilə diqqət çəkib: “Sorğun rayon Gənclər və İdman İdarəsi İdman Salonunda keçirilən turnirdə 96 ibtidai sinif şagirdi və 101 orta məktəb şagirdi olmaqla ümumilikdə 197 şagird mübarizə aparıb. Turnirdə qalib gələnlər Sorqunu təmsil etmək üçün Yozgat İl Finalında iştirak etmək hüququ qazanıblar”.
Məlumatda deyilir ki, turnirə qatılan Yozgat İl Milli Təhsil Müdiri İsmail Altınkaynak şagirdləri tək buraxmayıb: “Oyunları zal boyu diqqətlə izləyən Altınkaynak, turnirə qatılan bütün şagirdləri təbrik edərək, “burada təkcə bir yarış yoxdur. Uşaqlarımızın düşünmə və məhsuldarlıq qabiliyyətlərini inkişaf etdirdiyi, sosiallaşdığı və əyləndiyi bir təhsil modeli var. Biz belə tədbirlərə əhəmiyyət veririk və dəstəkləyirik” deyib”.
İlk şərhi yaza bilərsiniz