Press "Enter" to skip to content

“Ulduzlar”da Təbriz həsrətli təqdimat

Soldan: Qərib Aşkari, Ramiz Qusarçaylı, Fərzalı Ziyanur və Azər Həsrət

BAYRAQDAR MEDİA – Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısı aprelin 20-də keçirilib.

Toplantıda öncə Məclisin üzvü, şair, rəssam-heykəltəraş Qərib Aşkarinin 75 illik yubileyi qeyd edilib və “Kötük üstə pöhrələr” adlı şeirlər kitabının təqdimatı keçirilib.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyi Quzey bölgəsinin təmsilçisi, tanınmış və sevilən şair Ramiz Qusarçaylı da iştirak edib.

Əvvəlcə Məclisin sədri Fərzalı Ziyanur yubilyarın keçdiyi həyat yolu haqqında danışıb, onun həm ədəbiyyat, həm də rəssamlıq və heykəltəraşlıqdakı roluna işıq tutub.

Daha sonra Məclis üzvləri və qonaqlar Qərib Aşkari ilə bağlı çıxışlar edib, ona xoş diləklərini çatdırıblar.

Ramiz Qusarçaylı Qərib Aşkarinin Güney Azərbaycan kökənli olmasına diqqət çəkərək onun poeziyasının şirin ləhcəsini vurğulayıb. O, eyni zamanda yubilyarın rəssamlıq və heykəltəraşlıqda keçdiyi diqqətədəyər yolu haqqında fikirlərini bölüşüb.

Məclisdə iştirak edən Əməkdar jurnalist Azər Həsrət də Güney Azərbaycan həsrətli Qərib Aşkarini böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar ilə müqayisə edib, onun şeirlərindən Təbriz qoxusu gəldiyini deyib. Azər Həsrət bildirib ki, tezliklə Azərbaycan bütövləşəcək, Xankəndi və Şuşaya olduğu kimi Təbrizə də yollar açılacaq. O, bununla da böyük həsrətə son qoyulacağını deyib.

Təqdimat və təbriklərdən sonra Məclis ənənəvi şəkildə üzvlərin yeni yaradıcılıq örnəklərinin dinlənilməsi ilə davam edib. Şair və yazıçılardan Mehrəli Qulu, Gülümbala Nəsirli, Mövlan Şahid, Səxavət Ənvəroğlu, Cümşüd Aydəmir, Firudin Həvəskar, İbrahim Ağçaylı, Səbuhi Hacıxanlı, Ayaz Səlimxanoğlu, Güləli Bağban, Sabir Nemət, Telman Təravət, Səyyad Sərraf, Mehparə Sadıq, Rübabə Mustafa, Pakizə Zal, Zərəfşan Fərhad, Gülarə Şabranlı, Səməd Asifoğlu, Kənan Mikayıl, Fərzalı Ziyanur, Ramiz Qusarçaylı şeirlərini təqdim edib, fikir mübadiləsi aparıblar.

Yubilyar da öz növbəsində çıxış edərək xoş sözlərə görə təşəkkürünü bildirib, öz şeirlərindən parçalar səsləndirib.

Sonda Məclis iştirakçıları xatirə fotosu çəkdiriblər.

Məclis sonrası xatirə fotosu
Məclis sonrası xatirə fotosu

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.