BAYRAQDAR MEDİA – Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever atası Zakir Atasevər ilə İğdırın Melekli qəsəbəsindəki ata ocağını ziyarət edib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “bölgənin mədəni irsini yerində araşdıran Tuva Cihangir Atasever səfər boyu böyük diqqət çəkib. Ata ocağının qurucusu Coşqun Oluz tərəfindən hərarətlə qarşılanan Atasever və atası İğdır bölgəsinə xas köhnə əkinçilik alətləri, etnoqrafik əsərlər və Novruz adət-ənənələri haqqında məlumatlandırılıblar. Coşqun Oluzun təqdimatında bölgənin tarixi və mədəni zənginliyi üzə çıxıb”.
Məlumata görə, təqdimatdan sonra Oluz astronavt Ataseverə özünün “Kadim Miras Nevruz” adlı kitabını hədiyyə edib: “Səfər samovarda dəmlənmiş çayın müşayiəti ilə mehriban söhbətlərlə davam edib”.
İlk şərhi yaza bilərsiniz