BAYRAQDAR MEDİA – Türkiyənin Mersin şəhərində keçirilən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı şənlikləri çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika komandası Türk Ulduzları Aralıq dənizinin mavi səmalarında möhtəşəm şou göstərərək tamaşaçıları heyran edib.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat paylaşıb.
Türk Ulduzlarının şousu mərkəzi Yenişehir rayonunda Adnan Menderes Bulvarında yerləşən Mersin İdman Yurdu Meydanında gerçəkləşib. Mersin Qubernatorluğunun himayəsində Mersin Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi etdiyi Türk Hərbi Hava Qüvvələrinin akrobatika komandası olan Türk Ulduzları şousu üçün vətəndaşlar sahilə axın edib.
Mersin valisi Atilla Toros, Mersin Böyükşəhər Bələdiyyə başçısı Vahap Seçer, millət vəkilləri və rayon bələdiyyə başçılarının izlədiyi şouda Türk Ulduzları səmada möhtəşəm şou yaradıb. Türk Ulduzlarının səmadakı şousu zamanı vətəndaşlar mobil telefonları, videokameraları və fotokameraları ilə lentə alıblar.
İlk şərhi yaza bilərsiniz