Press "Enter" to skip to content

Porsuk çayı üçün səfərbərlik

Porsuk çayı

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi Su və Kanalizasiya İdarəsi Porsuk çayında təmizlik işlərini sürətləndirib.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Bildirilib ki, “Kütahya yolunun Kanlı Kavak bölgəsində başlayan təmizlik işləri çərçivəsində bataqlıq sahəsindəki çay yatağının ətrafına inşaat texnikası cəlb edilib. Park və Bağçalar Müdirliyi qrupları səhər saatlarından etibarən Porsuk çayı ətrafında əhatəli təmizlik işlərinə başlayıb. Bu işlər zamanı ərazidən keçən vətəndaşlara arxın ətrafına yaxınlaşmamaq barədə xəbərdarlıq edilib”.

Məlumata görə, məqsəd palçıqdan təmizlənmiş ərazinin ətraf mühitə zərər verməməsi və daha təmiz ətraf mühitin təmin edilməsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.