Press "Enter" to skip to content

Nazirin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Gəncədə Samux və Göygöl rayonlarından və Gəncə şəhərindən olan vətəndaşlarla görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, görüşə gələn vətəndaşlar sahibkarlığın inkişafı, əmlak, vergi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər: “İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.