Press "Enter" to skip to content

Kuklaçılar TADİV-in rəhbəri ilə görüşüb

Kuklaçılar TADİV-in rəhbəri ilə görüşüb

BAYRAQDAR MEDİA – Aprelin 21-də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, tanınmış alim, Prof. Aygün Attar IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri ilə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Fondun binasında keçirilən görüşdə çıxış edən teatrın direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qəbul və xoş münasibət üçün kollektiv adından A.Attara dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, türk dünyasının tanınmış alimi, ictimai-siyasi xadimi, professor, ləyaqətli Vətən qızı, Azərbaycanın Türkiyədəki qüruru A.Attar nümunəvi həyat yolu və dolğun fəaliyyəti ilə bir çoxları üçün örnəkdir. R.Əhmədzadə daha sonra onun çoxşaxəli fəaliyyətində maddi-mənəvi dəyərlərin təbliği işinin mütəşəkkil təşkilinin də daim ön planda olduğuna diqqət çəkərək bu mənada mədəniyyət sahəsi və sənət adamlarına xüsusi sevgi, həssaslıqla yanaşdığını ifadə edib. A.Attarın iki dost, qardaş ölkə arasında böyük mənəvi körpü olduğunu dilə gətirən R.Əhmədzadə ona şərəfli fəaliyyət yolunda böyük uğurlar arzulayıb”.

Daha sonra xəbərdə, “öz növbəsində bu görüşdən məmnun olduğunu deyən A.Attar milli mədəniyyət, onun əsas qollarından olan teatrın təşəkkülü üçün ölkə sərhədlərindən kənarlarda daha geniş müstəvidə təbliğini vacib saydığını bildirib. O, bu mənada festival və sənət mübadiləsi xarakterli bu kimi tədbirlərin intensivliyinə diqqət çəkib, festivalın işinə uğurlar arzulayıb. Bir əsrə yaxın zəngin və dolğun tarixi yol keçən, fəaliyyətini Vətən balalarının maariflənməsi və yüksək sənət zövqündə yetişməsi yönündə quran Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinə bu şərəfli yolda uğurlar arzulayıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.