Press "Enter" to skip to content

 IV Beynəlxalq Teatr Festivalı başlayıb 

Açılış mərasimi

BAYRAQDAR MEDİA – Trabzon Teatr Birliyinin təşkilatçılığı ilə IV Beynəlxalq Teatr Festivalı başlayıb.

Bu barədə karadenizdesonnokta.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “Festivalın Kahramanmaraş küçəsində təşkil edilən kortejlə rəngarəng açılışı olub. Yürüşə qatılan teatr sənətçilərinə vətəndaşlar böyük maraq göstərib”.

Məlumata görə, Teatrlar İttifaqının sözçüsü Tufan Ünlü, “Dördüncü dəfə Trabzonda təşkil etdiyimiz festivalımızı bu il beynəlxalq arenaya çıxardıq. Trabzon Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Metin Gençə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edirik” deyib.

Məlumatda deyilir ki, Festival çərçivəsində yerli və xarici teatr kollektivləri səhnəyə çıxacaq: “Tədbirlər aprelin 18-dən mayın 4-dək, daha çox Tufan Ünlü səhnəsində və Hamamizade İhsan bəy Mədəniyyət Mərkəzində olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.