Press "Enter" to skip to content

FHN ötən həftənin xronikasını paylaşıb – VİDEO

FHN ötən həftənin xronikasını paylaşıb

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 152 yanğına çıxış və 26 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib”.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 30 nəfər xilas edilib, subasma və yanğın zamanı ümumilikdə 35-i azyaşlı olmaqla 186 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.