BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi loqosunu rəqəmsal dövrün ehtiyaclarına uyğun olaraq yeniləyərək müasir dizayn yaradıb.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “artıq rəqəmsal ekranlarda daha sadə, daha oxunaqlı və aydın olan yeni loqo bələdiyyənin korporativ kimliyini müasir şəkildə təmsil edəcək. Qəbul edilən qərarla loqodan “Eskişehir Böyükşəhər Bələdiyyəsi” dairəvi mətni çıxarılıb. Bu dəyişiklik loqonun rəqəmsal ekranlarda, xüsusilə kiçik ekranlarda və mobil cihazlarda daha asan tanınmasını təmin etmək məqsədi daşıyır”.
Məlumata görə, Bələdiyyə sədri Ayşe Ünlüceyə yeni loqodan istifadə səlahiyyəti verilib.
İlk şərhi yaza bilərsiniz