Press "Enter" to skip to content

Binəqədidə baş vermiş yanğında 5 ağaca ziyan dəyib

Binəqədidə baş vermiş yanğında 5 ağaca ziyan dəyib

BAYRAQDAR MEDİA – Aprelin 20-də Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, “Tayqa” marketin anbarında baş verən yanğın zamanı 5 ağacın yanaraq məhv olması nəticəsində təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Q.Ağayev qeyd edib ki, faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.