Press "Enter" to skip to content

Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı konsert

Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı konsert

BAYRAQDAR MEDİA – Aprelin 18-də Opera Studiyasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının tələbələrinin ifasında təqdim edilib.

Tədbirdə Əməkdar artist Nicat Kazımov çıxış edərək konsertin I, II, III, IV kurs tələblərinin əməyi hesabına ərsəyə gəldiyini diqqətə çatdırıb və əlavə edib ki, bu böyük zəhmətin başında “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri Xalq artisti, Azərbaycan vokal sənətinə yüzlərlə adlar bəhş etmiş Xuraman Qasımova dayanır. N.Kazımov Xalq artistini səhnəyə dəvət edib və onu təbrik edib.

Qeyd edək ki, konsert proqramında C.Verdi – “Traviata”, F.Əmirov –“Sevil”, Ü.Hacıbəyli – “Arşın mal alan”, R.Koççante – “Notre dame de Paris”, P.Çaykovski – “İolanta”, V.A.Mosart – “Fiqaronun toyu”, S.Raxmaninov – “Aleko”, T.Quliyev – “Qızılaxtaranlar”, P.Çaykovski – “Yevgeniy Onegin”, Ü.Hacıbəyli – “Firuzə”, Ü.Hacıbəyli – “Leyli və Məcnun” əsərlərindən səhnələr nümayiş olunub.

Konsert izləyicilər tərəfindən anşlaqla izlənilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.