Press "Enter" to skip to content

Uğurlarla zəngin 4 il

Fariz Əkbərov

Fariz Əkbərov: Agentliyin ötən müddət ərzində göstərdiyi fəaliyyətlər, sosial sahələrdəki rolu və cəmiyyətə verdiyi töhfələr çox qiymətlidir

BAYRAQDAR MEDİA – “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 4 yaşının tamamlaması, ölkədəki QHT sektorunun güclənməsi və sosial məsələlərə dair təşəbbüslərin dəstəklənməsi baxımından mühüm bir hadisədir. Ümumiyyətlə ötən 4 il Agentlik üçün uğurlarla zəngin olub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ötən 4 ildə cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən əlilliyi olan insanlar, qadınlar, gənclər və digər zəif qrupların həyat şəraitini yaxşılaşdırmaq üçün layihələr həyata keçirib: “Agentlik, həmçinin cəmiyyətin sosial problemlərinə yönəlmiş çoxsaylı layihələrə dəstək verir. Bu, Azərbaycan cəmiyyətinin hər bir üzvünün inkişafına töhfə verir.
Müxtəlif beynəlxalq platformalarda təcrübə mübadiləsi aparır. QHT-lərinin dünya səhnəsində daha çox tanınmasına kömək edir”.

Fariz Əkbərov deyib ki, eyni zamanda Agentlik, gənclərin cəmiyyətdə daha fəal olmaları üçün xüsusi proqramlar həyata keçirir: “Bu proqramlar, gəncləri sosial layihələrə, könüllü fəaliyyətlərə və QHT-lərin müxtəlif təşəbbüslərinə cəlb edir. Bu da gənclərin daha məsuliyyətli və müsbət dəyişikliklərə səbəb olmasını təşviq edir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 4 yaşını təbrik edirəm! Bu müddət ərzində göstərdiyi fəaliyyətlər, sosial sahələrdəki rolu və cəmiyyətə verdiyi töhfələr çox qiymətlidir. Agentliyin gələcəkdə də uğurlarının davam etməsini arzu edirəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.