Press "Enter" to skip to content

Ötən 4 il QHT sektorunun həyatında yaddaqalan hadisələrlə zəngin olub

Nailə İsmayılova

Nailə İsmayılova: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ötən dörd ildə olduğu kimi bundan sonrakı fəaliyyətində də QHT-ləri vahid bir amal – Azərbaycanın dövlətinin və xalqının milli maraqlarına xidmət almalı ətrafında birləşdirərək, yeni-yeni uğurlar əldə edəcək

BAYRAQDAR MEDİA – “İlk növbədə vətəndaş cəmiyyətinin üzvü və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyini və əməkdaşlarını bu qurumun yaranmasının 4-cü ildönümü münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Agentliyi ötən dörd ildə olduğu kimi bundan sonrakı fəaliyyətlərində də uğurlu layihələrə, yaddaqalan tədbirlərə imza atsın”.

Bunu BAYRAQDAR MEDİA –ya özəl açıqlamasında “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

O, qeyd edib ki, ötən 4 il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, həm də ümumilikdə Azərbaycanın QHT sektorunun həyatında yaddaqalan hadisələrlə zəngin olub: “Bunun da kökündə dayanan əsas səbəblərdən biri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin öz fəaliyyətini günün tələblərinə uyğun qura bilməsi, həmçinin belə deyək, istər özü, istərsə də QHT cameəsi üçün bir “yol xəritəsi” müəyyən edə bilməsi ilə bağlıdır. Yəni Agentliyin hazırlayıb reallaşdırdığı fəaliyyət planı Azərbaycanın ictimai sektorunun indiki və gələcək fəaliyyəti üçün bir “yol xəritəsi” olub”.

N.İsmayılova bildirib ki, “ötən müddət ərzində QHT-lərin fəaliyyətində mühüm rol oynayan qrant layihələrinin daha səmərəli, şəffaf və nəticəyə hesablanan formada reallaşdırılması üçün Agentlik ortaya mühüm və uğurlu fəaliyyət mexanizmi qoyub. Ümumilikdə deyə bilərəm ki, ötən dörd il ərzində əldə edilən uğurlardan səmərəli və dövlət, xalq maraqlarına xidmət edən hər bir QHT-yə pay düşüb. Əminəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ötən dörd ildə olduğu kimi bundan sonrakı fəaliyyətində də QHT-ləri vahid bir amal – Azərbaycanın dövlətinin və xalqının milli maraqlarına xidmət almalı ətrafında birləşdirərək, yeni-yeni uğurlar əldə edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.