Press "Enter" to skip to content

Uşaq İncəsənət Festivalında birinci seçim turu başlayıb

Uşaq İncəsənət Festivalında birinci seçim turu başlayıb

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi (ETN) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turuna başlanılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “21 aprel tarixindən etibarən respublika üzrə bütün bölgələrdə seçim mərhələləri başlayacaq. Qeydiyyatdan keçmiş iştirakçılar festivalın münsiflər heyəti qarşısında öz istedadlarını nümayiş etdirəcəklər. Seçim turları müxtəlif regionlarda yerləşən məntəqələrdə mərhələli şəkildə keçiriləcək”.

Sonra xəbərdə qeyd edilir ki, “sözügedən Festival yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır. “UİF – 2025” mədəniyyətin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival, eyni zamanda, incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır”.

Bildirək ki, seçim turlarının keçiriləcəyi dəqiq tarix və məkanlar barədə məlumatları www.uif.az portalında qeydiyyat kodu və ya şəxsiyyət vəsiqəsinin fin nömrəsini yazaraq öyrənmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.