BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi təbiətlə təmasda vaxt keçirmək istəyən vətəndaşlar üçün təbiət gəzintilərinə başlayır.
Bu barədə denizlikenthaber.com saytı məlumat verib.
Bildirilib ki, “həftəlik gəzintilərin birincisi 20 aprel bazar günü Ornaz Vadisi trekində keçiriləcək. Denizli Böyükşəhər Bələdiyyəsi Gənclik və İdman Xidmətləri İdarəsi tərəfindən hər həftə təbiət gəzintiləri təşkil ediləcək. Təbiətsevərlərin şəhərin təbii gözəlliklərini kəşf etmə fürsəti qazanacağı gəzintilər Türkiyə Alpinizm Federasiyasının gəzinti lideri təlimatçılarının rəhbərliyi ilə həyata keçiriləcək”.
İlk şərhi yaza bilərsiniz