Fehim İsa Ertuğrul: Qarşıdakı dövrdə əsas arzumuz Suriya və İraqdakı türkmənlərin hüquqi status almasıdır
BAYRAQDAR MEDİA – Suriya Müdafiə Nazirinin müavini və Quzey Bölgəsi Komandanı Fehim İsa Ertuğrul sosial media hesabında paylaşdığı paylaşımda İraq Türkmən Cəbhəsinin sədri seçilən Mehmet Seman Ağaoğlunu təbrik edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, Fehim İsa Ertuğrul təbrikini X hesabındakı paylaşımda qeyd edib:“İraq Türkmən Cəbhəsinin sədri seçilən dəyərli qardaşım, silahdaşım və yoldaşım Mehmet Seman Ağaoğlunu təbrik edirəm. Xaricə ilk səfər üçün onu Suriyaya, Hələbə dəvət edirəm. Qarşıdakı dövrdə əsas arzumuz Suriya və İraqdakı türkmənlərin hüquqi status almasıdır. Türkmənlər olaraq həm Suriyanın, həm də İraqın güclü və firavan ölkələrə çevrilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik. Bayır-Bucakdan Mendeli, yaşa Türkməneli!”
İlk şərhi yaza bilərsiniz