BAYRAQDAR MEDİA – Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Xəbərdə deyilirnki, “konsertdə F.Səxavəti Ağdam Musiqi kollecinin “Qarabağ ansamblı” müşayiət edib. Proqramda Əməkdar artist və tələbələrinin ifasında müxtəlif muğamlar, xalq mahnıları, klassik və müasir musiqi nömrələri səsləndirilib. Tədbirdə F.Səxavət musiqi sənətinin incəlikləri və Qarabağın musiqi ənənələri haqqında qısa çıxış edərək tələbələrin sənət yolunda inkişafı və gələcək planları ilə bağlı fikirlərini bölüşüb”.
Konsert proqramının sonunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək F.Səxavəti, “Qarabağ ansamblı”nı və tələbələri təbrik edib, onların bu təşəbbüsünü yüksək qiymətləndirib və bu cür tədbirin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib. Rektor Azərbaycan musiqisinin zənginliyini və gənc nəslin bu mirasa sahib çıxmasının əhəmiyyətini xüsusi vurğulayıb.
İlk şərhi yaza bilərsiniz