BAYRAQDAR MEDİA – İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmüəzzin bununla bağlı açıqlama verərək bildirib ki, “İran Prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 əyalətin valisi yer alacaq”.
Qeyd edilib ki, “səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektor nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulur”.
İlk şərhi yaza bilərsiniz