BAYRAQDAR MEDİA – Bolqarıstanda Rosen Jelyazkovun kabinetinə qarşı ikinci etimadsızlıq səsverməsi baş tutmayıb.
Radio Bolqarıstan xəbər verir ki, MEÇ partiyası korrupsiya və Nazirlər Kabinetinin antikorrupsiya siyasətinin uğursuzluğu səbəbi ilə hökumətə qarşı etimadsızlıq təklifi təqdim edib: “Səsvermədə 130 deputat “əleyhinə”, 72 deputat isə “lehinə” səs verib. Səsvermənin uğurlu olması üçün 121 deputatın dəstəyi lazım idi”.
Məlumata görə, hökuməti GERB-SDS, Delyan Peevskinin rəhbərlik etdiyi “DPS-Novo Nachalo”, “BSP-Obedinena levitsa” və ITN partiyaları dəstəkləyib: “Etimadsızlıq səsverməsində Əhməd Doğanın rəhbərlik etdiyi “Vızrajdane”, DPS-DPS, MEÇ və “Veliçie” millət vəkilləri “lehinə” səs verərkən, PP-DB səsverməyə qatılmayıb. Növbəti 6 ay ərzində eyni səbəbdən etimadsızlıq təklifi verilə bilməz”.
İlk şərhi yaza bilərsiniz