Press "Enter" to skip to content

Əhalinin dayanıqlı məşğulluğunun təmin olması diqqət mərkəzindədir

İclas zamanı

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub

BAYRAQDAR MEDİA-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə növbəti görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketin”in və “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi Şirkətin”in ölkəmizdəki filialları və “Körpü-Bina-Tikinti” MMC-nin nümayəndələri iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramının icrası işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən aktiv məşğulluq proqramlarını diqqətə çatdırıb. O, işəgötürənlərlə sıx əməkdaşlıqda həyata keçirilən bu proqramların getdikcə daha da genişləndirildiyini vurğulayıb”.

Məlumata görə, görüşdə işğaldan azad olunan ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması sahəsində görülmüş işlər, bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.