Press "Enter" to skip to content

Dövlət Vergi Xidmətindən çağırış 

Vergi bəyannamələri vaxtında təqdim edilməlidir

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri tərəfindən vergi bəyannamələrinin vaxtında təqdim olunmasını təmin etmək məqsədilə maarifləndirmə işlərini davam etdirir.

Xidmətdən BAYRAQDAR MEDİA-ya verilən məlumatda bele deyilir.

Qeyd edilir ki, vergi bəyannamələrinin vaxtında və düzgün təqdim edilməsi qanunvericiliyə riayət etməklə yanaşı, biznesin düzgün idarə edilməsi, uçotun dürüstləşdirilməsi və maliyyə şəffaflığının təmin edilməsi üçün vacibdir: “Bu proses vergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin olunmasında fəal iştirakının göstəricisidir. Eyni zamanda, maliyyə əməliyyatlarında şəffaflıq biznes subyektinə olan etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir. Maliyyə intizamına və vergi öhdəliklərinə əməl edən şirkətlər investorların və müştərilərin tərəfindən daha çox etimad qazanır. Biznes təmsilçilərinin hesabatlılığı və şəffaflıq tələblərinə əmək etməsi ölkəmizin beynəlxalq iqtisadi təhlillərdə də göstəricilərinin yüksəlməsini təmin edir”.

Məlumatda deyilir ki, vergi ödəyicilərinin maraqlarının qorunması Dövlət Vergi Xidmətinin prioritet fəaliyyət istiqamətlərindən biridir: “Bu səbəbdən bəyannamə və hesabatların elektron formada təqdim edilməsi üçün geniş imkanlar yaradılıb. Bu isə vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarların xidmət mərkəzlərinə getmədən bəyannamələri rahat şəkildə təqdim etməsinə imkan verir. Vergi qanunvericiliyinə uyğun olaraq, hər bir vergi ödəyicisi əldə olunan gəlirlər barədə vergi bəyannaməsini təqdim etməlidir. Verginin bəyannamədə əks olunan məbləği həmin hesabatda göstərilməli olan məbləğə nisbətən azaldıldığı halda, habelə büdcəyə ödənilməli vergi hesabat təqdim etməməklə yayındırıldıqda, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış məbləğlərə münasibətdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş maliyyə sanksiyaları tətbiq olunur”.

“Vergi bəyannamələrinin vaxtında təqdim edilməsivergi ödəyicisinin hüquqlarını və maliyyə resurslarını qorumaqla yanaşı, dövlət büdcəsinə də öz töhfəsini verir və ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edir. Dövlət Vergi Xidməti bəyannamələrin vaxtında təqdim edilməsinin, hesablamaların dəqiq aparılmasının və vergilərin vaxtında ödənilməsinin zəruriliyini bir daha diqqətə çatdırır” deyə sonda qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.