BAYRAQDAR MEDİA – Mədəniyyət və incəsənətə hər zaman töhfə verən Denizlinin Merkezefendi Bələdiyyəsi işlərini bütün sürəti ilə davam etdirir.
Bu barədə denizlikenthaber.com saytı məlumat yayıb.
Bildirilib ki, “2020-ci ildə Merkezefendi Bələdiyyəsinin tərkibində qurulan və bu günə qədər nümayiş etdirdiyi yüzlərlə tamaşa ilə Denizli xalqının rəğbətini qazanan Merkezefendi Şəhər Teatrı fəaliyyətini davam etdirir. Bir çox festivala ev sahibliyi edən Merkezefendi Bələdiyyəsi bu dəfə tam fərqli bir festivala ev sahibliyi edəcək. Merkezefendi Şəhər Teatrının rəhbərliyi ilə I Beynəlxalq Uşaq Teatrları Festivalı keçiriləcək”.
Məlumata görə, Festival 19-25 aprel tarixləri arasında sənətsevərlərlə görüşəcək: “Merkezefendində ilk dəfə keçiriləcək 1-ci Beynəlxalq Uşaq Teatrları Festivalında 4 xarici və 7 yerli teatr qrupu səhnəyə çıxacaq.
Merkezefendi Mədəniyyət Mərkəzində müxtəlif tamaşaların nümayiş olunacağı festival 25 aprel Cümə gününə qədər davam edəcək”.
İlk şərhi yaza bilərsiniz