BAYRAQDAR MEDİA – “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlar üçün bir məlumat yayıb. Məlumatda vətəndaşların nəzərinə çatdırılır ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır:“AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Qurumun məlumatında daha sonra deylir: “Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir”.
İlk şərhi yaza bilərsiniz