Press "Enter" to skip to content

Yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir – VİDEO

Yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb, habelə sel sularındakı avtomobillərin sudan çıxarılması təmin edilib. Hazırda Bakı şəhəri, həmçinin Xızı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Yevlax və Salyan rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.