Press "Enter" to skip to content

Xalq artisti Tünzalə Ağayeva ilə Samir Piriyev bir arada – VİDEO

Xalq artisti Tünzalə Ağayeva və müğənni Samir Piriyev

BAYRAQDAR MEDİA – “Xalq artisti Tünzalə Ağayeva sevimli müğənni Samir Piriyev ilə birlikdə yeni işbirliyinə imza atıb”.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

O, qeyd edib ki, sənətçilərin “Sənin yanında” adlı duetləri işıq üzü görüb: “Mahnının musiqisi bəstəkar Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Aranjıman Eşqin Ağayevə aiddir. Sözügedən əsər üçün müğənnilər kamera qarşısısına da keçiblər”.

S.Bayramova bildirib ki, klipin rejissoru Xəyal Murtuzov, operatoru isə Fərid İsmayılovdur: “Pop ulduzun saç və makiyajını tanınmış stilist Sabir Bağırov edib. Geyim rəssamı Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıdır. Layihənin prodüseri isə Yalçın Cabbarovdur”.
Ekran işi estrada ulduzunun şəxsi “Youtube”səhifəsində və bütün musiqi platformalarında yayımlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.