Press "Enter" to skip to content

Şəhidin xatirəsinə həsr olunmuş şahmat turniri 

Açılışdan xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü bəstəkar – yazar Fərahim Sadiqin təşəbbüsü ilə şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, turnir Qulubəyovlar İrsi Mədəni Mərkəzi “ÖNCƏ VƏTƏN” və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Bakı Maliyə Kollecinin, Yasamal Rayon Şahmat məktəbinin və Adel Medianın təşkilatı dəstəyi, Azərbaycan televiziyasının informasiya dəstəyi ilə həyata keçirilib.

Məlumatda deyilir ki, şahmat turniri böyük maraqla qarşılanıb. Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onun haqqında çəkilən sənədli filmin nümayişi və şahmat turnirinin qalibləri olan Vətən müharibəsi veteranların təltif olunması mərasimi yaxın günlərdə Nizami kino-mərkəzdə reallaşacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.