Press "Enter" to skip to content

Komitə sədri BEYTÜM başqanını təbrik edib

BAYRAQDAR MEDİA – Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) başqanı, AYB Mətbuat Xidmətinin və İLESAM-ın Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, şair-publisist Xəyal Rzanı 45 illik yubileyi ilə bağlı təbrik edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai birliklər və dini qurumlar komitəsindən məlumat verilib.

Bildirilib ki, “təbrik məktubunda Fazil Mustafa Xəyal Rzanın təşkilatçılığına, ictimai fəaliyyətinə yüksək qiymət verərək vurğulayıb ki, onun özəlliklə Türk dünyası nəşriyyatçıları, kitabçıları arasında əməkdaşlıq və müəllif hüquqları sahəsindəki təşəbbüsləri ortaq türk ədəbi yaddaşının güclənməsinə xidmət edir. “Ədəbi sözə və hüquqa yanaşmanızda məsuliyyət və ardıcıllıq hissi, ictimai müstəvidə isə milli ruhun və çağdaş düşüncənin vəhdəti xüsusi olaraq seçilir” – deyə Fazil Mustafa vurğulayıb”.

Məlumata görə, komitə sədri yubilyara yeni uğurlar, sağlam ömür və yaradıcılıq enerjisi arzulayıb, onun Türk dünyası üçün dəyərli töhfələrinin davamlı olacağına inandığını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.