BAYRAQDAR MEDİA – Məhəmməd Saman Ağaoğlu İraq Türkmən Cəbhəsi (İTC) Siyasi Büro üzvlərinin növbəti toplantısında yekdilliklə İraq Türkmən Cəbhəsinin rəhbəri seçilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayb.
Bildirilib ki, İraq Türkmən Cəbhəsinin Kərkükdəki qərargahında təhvil-təslim mərasimi keçirilib.
Mətbuata açıqlama verən M.S.Ağaoğlu, siyasi arenada inkişafına böyük töhfə verən və türkmən millətinin hüquqlarının ən güclü müdafiəçisi olan İTC-yə və davaya sədaqət borcu olduğunu və bu istiqamətdə fəal siyasətçi olacağını vurğulayıb.
Məlumata əsasən türkmənlərin ən böyük siyasi partiyasındakı bu dəyişiklik türkmən siyasətində ciddi birlik və həmrəylik yolunda mühüm addım hesab olunur: “Eyni zamanda, məqsəd partiyanın yeni rəhbərliyinin İraqda türkmənlərin mühüm və strateji hədəflərinin reallaşmasını sürətləndirməsi və İTC-nin hər zamankindən daha güclü olmasıdır”.
İlk şərhi yaza bilərsiniz