BAYRAQDAR MEDİA – İran son bir neçə ildə özünün anti-Azərbaycan siyasəti kontekstində Nizami Gəncəvinin fars şairi olduğunu sübut etmək üçün geniş kampaniya aparmaqdadır. Bu dəfə “Fararu” portalı “Bakı və Ankara İran mədəniyyətindən nə istəyir? Nizami Gəncəvinin məqbərəsində fars şeirləri əvəzinə yad şeirlər” başlıqlı xəbər paylaşıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Xəbərə əsasən, “Gəncədə Nizami Gəncəvinin məqbərəsində yerləşən daşların üzərindəki farsca şeirlərin başqa bir şairin türkcə şeirləri ilə dəyişdirilməsi İran rəsmilərinin və “mədəni irsin qonşu ölkələr tərəfindən müsadirə edilməsi” ilə müzakirələri yenidən alovlandırıb”.
Bildirilib ki, “sosial media istifadəçilərindən birinin Nizami Gəncəvinin məqbərəsinin görüntülərini paylaşması və daşların üzərində türkcə şeirlərin olması müzakirə mövzusu olub. Sayt qərəzli şəkildə buna cavab olaraq, “məsələnin qəribə tərəfi odur ki, Nizami heç vaxt türkcə şeir yazmayıb, ancaq son illərdə onun türk dilində şeir yazdığı fikrini səsləndirirlər” deyə iddia edib”.
İlk şərhi yaza bilərsiniz