Press "Enter" to skip to content

Iğdır valisi Sahibsiz Heyvanlar Sığınacağına baş çəkib

Vali Sahibsiz Heyvanlar Sığınacağında

BAYRAQDAR MEDİA – Iğdır valisi Ercan Turan əyalətdə sahibsiz heyvan problemi ilə bağlı aparılan işlərlə tanış olmaq üçün Tuzluca yolu üzərindəki Sahibsiz Heyvanlar Sığınacağına baş çəkib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, vali səfəri zamanı səlahiyyətli şəxslərdən ətraflı məlumat alıb: “Valiliyin koordinasiyasında həyata keçirilən bu mühüm işlərin fəaliyyətini yaxından təqib edən vali E.Turan, heyvanların yaşayış şəraitini və aparılan abadlıq işlərini araşdırıb. Vali sığınacaq işçilərinin fədakar əməyini yüksək qiymətləndirib”.

Səfərdən sonra edilən qiymətləndirmədə sahibsiz heyvanlar problemi ilə bağlı həll yönümlü səylərin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.