Press "Enter" to skip to content

Birinci rübdə müavinətlər üzrə 275 milyon manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – 2025-ci ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 475 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, “həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 275 milyon manat, Prezident təqaüdləri üzrə 173 milyon manat ödənilib. Yanvar-mart aylarında 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 761 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.