BAYRAQDAR MEDİA – Boks üzrə Azərbaycan referləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə qeyd edilir ki, “ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb. Bu nailiyyətə R.Qədirovla Q.Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, A.Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb. IBA yarışda nəzəri və praktiki dərslərə qatılan hakimlərin imtahandan uğurla keçdiyini açıqlayaraq onların ulduzunu artırıb”.
Sonra xəbərdə, “bununla da Azərbaycanda 3 ulduzlu hakimlərin sayı 6-yə yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər” deyə bildirilir.
Qeyd edək ki, ABF həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.
İlk şərhi yaza bilərsiniz