BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. May ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyi artırılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qurumun mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq. Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək”.
Sonra xəbərdə deyilir ki, “yay uçuş cədvəli çərçivəsində AZAL tərəfindən Avropa şəhərlərinə həyata keçirilən reyslərin tezliyi də artırılır. Belə ki, 1 aprel tarixindən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir, 13 may tarixindən etibarən isə bu istiqamətdə gündəlik uçuşlar yerinə yetiriləcək. Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək”.
İlk şərhi yaza bilərsiniz