Press "Enter" to skip to content

AQC Azərbaycanın ilk assosiativ təşkilatlarından biridir

Vüqar Oruc

Vüqar Oruc: AQC təkcə qiymətləndirmə subyektlərinin təşkilatı deyil, həm də qiymətləndiricilərin peşəkar birliyinə çevrilib və bu da bizim ən böyük nailiyyətlərimizdən biridir

BAYRAQDAR MEDİA – “AQC assosiativ peşə birliyidir və fəaliyyətini “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunla tənzimləyir. Assosiativ peşə birliklərinin inkişafı cənab Prezident İlham Əliyevin siyasi iradəsini ifadə edir və son dövrlər İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyilə demək olar ki, bütün sahələrdə ticari birliklərin fəaliyyətə başlaması bunun bariz nümunəsidir”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən iqtisadi inkişafa dair proqramlarda da bu məqam aydın şəkildə öz əksini tapıb: “Eyni zamanda “İctimai iştirakçılıq haqqında qanun” qəbul edilib və bu qanuna müvafiq olaraq bütün dövlət qurumlarında, mərkəzi və yerli icra hakimiyyətlərində, habelə publik hüquqi şəxslərin tərkibində ictimai şuralar yaradılıb. Təbii ki, bu cür qurumların formalaşmasında əsas məqsəd ictimai iştirakçılığı təmin və təşviq etməkdir. AQC Azərbaycanın ilk assosiativ təşkilatlarından biridir və təvazökarlıqdan uzaq olsa da, bu səpkili təsisatlar arasında öncül yerlərdən birini tutur. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbulu və Qiymətləndiricilər Palatasının təsis olunmasında, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) ərsəyə gəlməsində də əsas təşəbbüskarlardan biri AQC olub. Məhz elə bu fəaliyyətinə görə də, 2024-cü ilin ən fəal assosiativ təşkilatı nominasiyası ilə təltif olunub”.

O da bildirilib ki, qiymətləndirmə istiqamətləri üzrə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanların sualların hazırlanmasında AQC yaxından iştirak edir: “Daha bir uğurumuz isə, AQC-nin daxilində Bank Ekspert Şurasının yaradılmasıdır. Bu Şurada demək olar ki, ölkəmizdə fəaliyyət göstərən bütün bankların qiymətləndirməyə bilavasitə məsul rəhbər şəxsləri təmsil olunurlar. AQC təkcə qiymətləndirmə subyektlərinin təşkilatı deyil, həm də qiymətləndiricilərin peşəkar birliyinə çevrilib və bu da bizim ən böyük nailiyyətlərimizdən biridir”.

AQC sədrinin sözlərinə görə, Türkiyə nümunəsində bankda qiymətləndirmənin ekspertizasının həyata keçirilməsi fəaliyyəti üçün Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyində təmsilçilik icbaridir və Azərbaycanda da bu qaydanın tətbiq olunmasına ehtiyac var: “Bu mənada AQC-nin bu addımı Qiymətləndiricilər Palatası üçün də nümumədir. Fəaliyyətimiz heç şübhəsiz bundan sonra da uğurla davam edəcək və yaxın gələcəkdə Cəmiyyətin fəaliyyətini daha da genişləndirməyi nəzərdə tuturuq. Qiymətləricilərin hüquq və mənafelərinin təmini, qarşılıqlı təmasların artırılması, təlim-tədris fəaliyyətinin təşkili və digər istiqamətlərdə səylərimizi gücləndirəcəyik. İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Mərkəzi Bank, ASK, KOBİA və digər qurumlarla peşəkar əməkdaşlığa nail olmuşuq ki, bundan sonra da bu, davam edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.