Press "Enter" to skip to content

Vüqar Orucdan maraqlı təklif

Vüqar Oruc

CAATS-a Rusiyanın türk muxtar respublikalarının qiymətləndirmə birlikləri də dəvət edilməlidir

BAYRAQDAR MEDİA – “Türk Dövlətlər Təşkilatında 7 ənənəvi türk cumhuriyyətlərindən əlavə Macarıstan da təmsil olunur. TDT-nin qeyri-rəsmi olsa da alt qurumu hesab oluna biləcək Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) niyə Macarıstan qiymətləndiricilərini öz sırasına almasın?”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

V.Oruc, həmçinin “eyni zamanda biz unutmamalıyıq ki, Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə keçirilən TDT sammitində türk dünyasının təkcə dövlətləri olan türk xalqlarından ibarət olmadığını vurğulamışdı. Düşünürəm ki, birliyimizə Rusiya Federasiyasında birləşən türk muxtar respublikalarının qiymətləndirmə birliklərini də dəvət etməliyik” deyib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri də Şuranın qeydiyyata alınmasıdır: “Bu məsələnin Azərbaycanda gerçəkləşməsi türk birliyini əsas prioritet elan etmiş dövlətimizin siyasətinin ardıcıllığının bir daha təsdiqi ola bilər. Hazırda Ədliyyə Nazirliyindən bu istiqamətdə xoş xəbər gözləyirik. Arzumuz odur ki, tarixdə CAATS-ın məhz ölkəmizdə qeydiyyatda keçməsi əks olunsun və biz bununla fəxr edə bilək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.