Press "Enter" to skip to content

“ÜstArt” sərgisinin açılışı olub

“ÜstArt” sərgisi

BAYRAQDAR MEDİA – Aprelin 15-də Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə təsviri sənət həftəsi çərçivəsində “ÜstArt” sərgisinin açılışı keçirilib.

Sərgidə Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgi haqqında məlumat verib. O, çıxışında təsviri sənətin incəliklərindən bəhs edib. Həmçinin Xalq rəssamı sərgi haqqında danışarkən sözügedən sərgi çərçivəsində müxtəlif müsabiqələr, təqdimatlar, musiqi nümunələrinin də nümayiş olunacağını diqqətə çatdırıb.

Bildirək ki, mədəniyyət nazirinin də iştirak etdiyi sərgidə 50 dən çox tanınmış rəssamların rəsm əsərləri nümayiş olunur.

Qeyd edək ki, sərgi aprelin 22-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.