Press "Enter" to skip to content

Türkiyəli qonaqlar Qarabağ Universitetində olub 

Səfərdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy, Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçın,Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları,alimlər və sahibkarlardan ibarət nümayəndə heyəti Qarabağa səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, təhsil müəssisəsinin kollektivi ilə görüşüb. Rektor Şahin Bayramov ali təhsil ocağının fəaliyyəti, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması ilə bağlı məlumat verib. Türkiyə nümayəndə heyəti tədris prosesini izləyib, müxtəlif auditoriyalarda dərslərin gedişini müşahidə edib, eyni zamanda tələbələrlə maraqlı fikir mübadiləsi aparıblar”.

Məlumata əsasən, Qarabağ səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.