BAYRAQDAR MEDİA – Türkiyə yerləşən Rami Kitabxanasında fevralın 22-də keçirilməsi planlaşdırılan, lakin qar yağması səbəbindən təxirə salınan “Oxuma bayramı” aprelin 19-da keçiriləcək.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda “Anadolu” Xəbər Agentliyi məlumat paylaşıb.
120 1-ci sinif şagirdini bir araya gətirən tədbirin məqsədi uşaqlarda kitab sevgisini aşılamaq, onlara kitabxanadan istifadə qaydalarını öyrətmək və öyrənməyi əyləncəli etməkdir.
Gün boyu davam edəcək seminarlar və fəaliyyətlərlə uşaqlar əylənəcək və yaradıcılıqlarını kəşf edəcəklər.
Tədbirdə həmçinin yaradıcı yazı, ağıl oyunları, sənət və dram seminarları, əlfəcin və örtük dizaynı üzrə seminarlar, küçə oyunları və s. keçiriləcək.
Tədbirin sonunda bütün uşaqlara hədiyyələr, analara isə təşəkkürnamələr təqdim olunacaq.
İlk şərhi yaza bilərsiniz