BAYRAQDAR MEDİA – 2023-cü il Nobel Sülh Mükafatının qalibi, hüquq müdafiəçisi və Güney Azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədi aprelin 15-də məktub göndərərək BMT-ni İranda son 46 ildə müxaliflərinin edamları, terroru, qətl və itkin düşmələri ilə bağlı xüsusi təhqiqat aparmağa çağırıb.
Xəbəri “Azad İran” Telegram kanalı “Iran International”ə istinadən yayımlayıb.
Xəbərə əsasən, “Nərgiz Məhəmmədi bildirib ki, İslam Respublikası yarandığı gündən bu yana minlərlə siyasi məhbusu edam etməklə yanaşı ölkə daxilində və xaricində bir çox etirazçının həyatını təhlükəyə atıb və ya öldürüb. O, BMT-yə yazdığı məktubunda artıq İranın bu cəhdlərinin Avropa və ABŞ sərhədlərinə çatdığını qeyd edib”.
İlk şərhi yaza bilərsiniz