BAYRAQDAR MEDİA – Aprelin 16-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ACF-dən daxil olub.
Xəbərdə bildirilir ki, “imtahanda 60 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib”.
Ardınca xəbərdə, “rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz