BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Salmas şəhərindən olan milli fəal Həmid Abbasiyə ümumilikdə 4 il 6 ay həbs cəzası verilib.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.
Xəbərə əsasən, “milli fəal “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə 7 ay 16 gün, “rəhbəri (Xameneyini) təhqir etmək” ittihamı ilə 31 ay 16 gün və “müxalif qruplara üzv olmaq” ittihamı ilə 15 ay bir gün həbs cəzasına məhkum edilib”.
İlk şərhi yaza bilərsiniz