Press "Enter" to skip to content

Güney Azərbaycanda blogerlər həbs edildi

BAYRAQDAR MEDİA – Aprelin 16-da Ərdəbil şəhərində bir neçə bloger saxlanılıb. Bu barədə Ərdəbilin İnqilab Prokurorluğunun müavini Murtaza Tahirifərd xəbər verib.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.

Xəbərə əsasən, “saxlanılan şəxslərin “uyğunsuz və nalayiq paylaşımlar hazırlamaqla hüquqi və etik standartları pozduqları” iddia edilib. Eyni zamanda, onlar barəsində cinayət işinin açıldığı vurğulanıb”.

Bildirilib ki, “Murtaza Tahirifərd tutulan blogerlərin sosial media hesablarının bağlandığını qeyd edib. Saxlanılanların kimliyi, sayı və harada olmaları isə bəlli deyil”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.