Press "Enter" to skip to content

Əməkdaşlıq perspektivləri müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Yeni Zelandiyanın Daxili Gəlirlər İdarəsinin komissarı və baş icraçı direktoru Piter Mersi ilə onlayn formatda görüş keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “görüşdə IOTA və təşkilat tərəfindən keçirilən tədbirlər barədə məlumat verilib, Yeni Zelandiyanın adıçəkilən qurumla əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra vergi orqanlarının qarşısında duran çağırışlar və yeniliklər, birgə fəaliyyətin prioritet istiqamətləri, qarşılıqlı əlaqələrin gücləndirilməsi vəbeynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri və mövcud potensialın reallaşdırılması barədə fikirlərini bölüşüblər”.

Məlumata görə, görüşün davamında vergi sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb, rəqəmsal texnologiyaların tətbiqinin və beynəlxalq vergi məlumatlarının mübadiləsinin əhəmiyyəti vurğulanıb: “Əlavə olaraq prioritet sahələr üzrə əməkdaşlığın intensivləşdirilməsi və təcrübə mübadiləsinin təşkili imkanları dəyərləndirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.