Press "Enter" to skip to content

Cennifer Lopez Antalyaya gəlir

BAYRAQDAR MEDİA – Dünyaca məşhur ulduz Cennifer Lopez Türkiyədəki pərəstişkarları ilə görüşməyə hazırlaşır.

Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “dünya musiqi və əyləncə ikonu Jennifer Lopez 2025-ci ildə “JLO Live In 2025” turu çərçivəsində Türkiyədə silsilə konsertlər verəcək. Antalya və İstanbulda keçiriləcək iki təsirli konserti ilə pərəstişkarlarını valeh edəcək JLO-nun biletləri böyük tələbatla qarşılanıb”.

Məlumata görə, xüsusilə İstanbul Yenikapı Festivalparkı ərazisində nümayiş olunan tamaşa, yayın ən çox danışılan hadisələrindən birinə çevriləcək: “Türkiyədən sonra İspaniya, İtaliya və Polşa kimi ölkələrdə səhnəyə çıxacaq JLO, Avropa turnesini özünəməxsus performansları ilə taclandıracaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.